“Qafqazinfo” şairənin “Facebook” hesabında paylaşdığı yeni şeirini “Kitab evi”nin oxucularına təqdim edir:
O yandan necə görünür?
Bu dünyanın viran yeri?
Bəlkə elə biz ölüyük,
Bəlkə elə sənsən diri?
Yığışmışıq köçümüzə,
Başdan ayağa bir heçik.
Bizim qəbrimiz böyükdü,
Səninkisə bizdən kiçik.
Acından ölürük burda,
Öz içimizi yeyirik.
Bir qəfəslik qonaq kimi,
Dayanacaq gözləyirik.
6 avqust 2014 –cü il
Son xəbərlər
Son Xəbərlər