Bayden Qəzzada atəşkəsin müddətinin artırılmasından danışdı

bayden-qezzada-ateskesin-muddetinin-artirilmasindan-danisdi
Oxunma sayı: 1560

ABŞ Prezidenti Co Bayden Qəzzada HƏMAS və İsrail arasında müvəqqəti atəşkəsin daha 2 gün uzadılması üçün intensiv səylər göstərdiyini bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bununla bağlı açıqlama verib.

ABŞ Prezidenti atəşkəs nəticəsində Qəzza zolağındakı mülki şəxslərə əlavə yardımın əhəmiyyətli dərəcədə artdığını vurğulayıb:

“Fələstin xalqı üçün sülh və ləyaqətli gələcək qurmaq üçün səylərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, İsraillə HƏMAS arasında atəşkəs daha iki gün artırılıb.