ABŞ Prezidenti Co Bayden və yeni seçilmiş prezident Donald Tramp arasında görüşün vaxtı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında deyilir.
Qeyd olunur ki, görüş noyabrın 13-ü Ağ evin Oval kabinetində, Bakı vaxtı ilə 20:00 keçiriləcək.
Görüşün prezident Baydenin dəvəti ilə keçiriləcəyini deyən Pyer təfərrüatların daha sonra açıqlanacağını qeyd edib.