Bayramdan bəri itkindir

bayramdan-beri-itkindir
Oxunma sayı: 2298

Qazaxda 31 yaşlı kişi 4 gündür itkin düşüb.

“Qafqazinfo”nun məlumatına görə, Aşağı Salahlı kənd sakini Sadıqov Tamerlan Mustafa oğlu martın 20-də ata evindən dostları ilə görüşmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.

Atasının dediyinə görə, Tamerlan Sumqayıtda yaşayırmış. Ata evinə gələndən sonra itkin düşüb. 

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.