Bayramov Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü - Fotolar

bayramov-avropa-komissiyasinin-vitse-prezidenti-ile-gorusdu
Oxunma sayı: 1086

Maltada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Tərəflər Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoq, qarşılıqlı münasibətlər, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ətrafında fikir mübadiləsi aparıblar.