Bayramov və Kuleba Belçikada görüşdü - Video

bayramov-ve-kuleba-belcikada-gorusdu
Oxunma sayı: 1559

Xarici işlər naziri Ceyhun Bayramov Belçikada keçirilən “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kuleba sosial media hesabında paylaşım edib.

“Azərbaycanlı həmkarımla görüşmək xoş oldu. Ceyhun Bayramovla Zelenskinin Sülh Formulu və ikitərəfli əməkdaşlığımızı müzakirə etdik.

Mən Ukraynanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü, eləcə də Xəzər və Qara dənizlər arasında məkanda regional əməkdaşlığın inkişafı təşəbbüslərini dəstəklədiyini bir daha vurğuladım”, - deyə Kuleba bildirib.