Xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.
“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində nazirin dekabrın 4-5-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı nəzərdə tutulub.
Bununla yanaşı, C.Bayramovun tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər