“Bazarstore” tıxacda qalan oruclular üçün iftar paketləri payladı - Fotolar

bazarstore-tixacda-qalan-oruclular-ucun-iftar-paketleri-payladi
Oxunma sayı: 1125

“Bazarstore” Ramazan ayı münasibətilə növbəti sosial layihəsini reallaşdırıb. Nəqliyyatın daha sıx olduğu əsas küçə və prospektlərində hərəkətdə olan, iftar saatında yolda qalan sürücülər və müxtəlif səbəblərdən evə vaxtında çata bilməyən oruclular üçün xüsusi iftar sovqatları paylayıb.

Təşəbbüsün başlıca məqsədi iftar zamanı uyğun şərait tapmayan və orucunu yolda açmağa məcbur qalan vətəndaşlara mənəvi dəstək göstərmək, eyni zamanda Ramazan ayının paylaşma, həmrəylik və yardımlaşma dəyərlərini təşviq etmək olub.

“Bazarstore” sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, cəmiyyətin rifahına töhfə verən layihələri gələcəkdə də davam etdirməyi planlaşdırır.