BBC buna görə İsraildən üzr istədi - Video

bbc-buna-gore-israilden-uzr-istedi
Oxunma sayı: 2578

BBC İsrail ordusunun Qəzzada tibb işçilərini və ərəbcə danışanları hədəf alması ilə bağlı iddialar səsləndirdikdən sonra bunu təkzib edərək üzr istəyib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, aparıcılardan biri Qəzzada Şəfa xəstəxanasına daxil olan İsrail hərbçilərinin həkimləri və ərəbcə danışanları da hədəf aldığını deyib. 

Növbəti gün isə “Reuters” xəbər agentliyində həmin xəstəxanaya İsrail hərbçilərinin xüsusi təlim keçmiş tibb işçiləri və ərəb dilli əsgərlərin müşayiəti ilə gəlməsi barədə xəbər verilib. Onların xəstəxanaya lazımi tibbi ləvazimatları gətirdikləri bildirilib.

Bundan sonra BBC efirdə yanlış məlumat yaydığına görə izləyicilərdən və İsraildən üzr istəyib.

Sözügedən videonu təqdim edirik: