“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı müxtəlif rəylər yazılıb və bəzi hallarda yanğına sevinənlər olub. Buna kəskin etirazını bildirən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı yanğına sevinənləri qınayıb:” Bu nə mənəviyyatdır? Bu nə səviyyədir nümayiş etdirirsiniz? Heç bir halda Heydər Əliyev Mərkəzinin yanmasına sevinmək olmaz! Buna ancaq düşmən sevinə bilər. Bununla ölkədə iqtidar-müxalfət dialoqunu aparmaq istəyirsiniz? Hadisə baş verəndən dərhal sonra radikal müxalifətin nəzarətdində olan facebook qruplarda insanlığa yaraşmayan rəylər yazılır, fikirlər bilidirlir. Hətta azyaşlı uşğağın şəkilindən istifadə edirlər. Bunun adı birmənalı olaraq yaramazlıqdır!”
Niyaməddin Orduxanlı Heydər Əliyevlə bağlı Əbülfəz Elçibəylə bağlı söhbətini də xatırladıb:”1999-cu ildə Əbülfəz bəyin evində görüşüm oldu. Əbülfəz bəy şəxsən mənə dedi ki, Heydər Əliyevin müstəqil Azərbaycanın qorunmasında və yaşamasında böyük xidmətləri var. Heydər Əliyevin sayəsində Azərbaycan müsəqiliyini qoruyub saxlaya bildi. Rus qoşunlarının yenidən Azərbaycana qayıtmaq planı var idi. Hətta gizli şəkildə milli məclsin depuatatlarından rus qoşunlarının qayıtması üçün imza da toplamışdılar . Həmin depuatalar Rusiyaya müraciət edəcək idilər ki, rus qoşunları yenidən Azərbaycana qayıtsın. Bütün bunların qarşısını Heydər Əliyev aldı! Bu danılmaz həqiqətdir. Bu söhbətin canlı şahidlərindən biri də məşhur baş redaktorlardan biridir. Bax, bütün bunları Əbülfəz bəy Heydər Əliyevin ünvanına deyirdi. Düşünürəm ki, Azərbaycanın bu günə qədər müstəqil yaşamasında Heydər Əliyevin böyük xidmətləridir. 20 əsirdə də Azərbaycan müstəqil olmuşdu. Həmin vaxtlar Azərbaycan 23 aydan artıq müstəqil yaşaya bildmədi. Amma bu gün MÜSTƏQİl Azərbaycanın 20 illiyini qeyd edirik! Mübarizəni aparanda da KİŞİ kimi aparmaq lazımdır!”
BAXCP sədrinin müavini baş verən yanğınla əlaqədar təxribat versiyasının araşdırılmalı olduğunu da bildirib:” Azərbaycanı daxili və xarici siyasətlə bağlı müəyyən qərarların qəbuluna razı salmaq üçün xarici güclər tərəfindən ciddi təzyiqlər edilir. Heydər Əliyev Mərkəzinin açılışında cənab İlham Əliyev onu müasir Bakının simvollarından biri adlandırıb. Baş verməsi səbəbləri araşdırılarkən, xarici təxribat fərziyyəsi əsas istiqamətlərdən biri kimi ciddi şəkildə araşdırılmalıdır. Təxribat faktı təsdiqlənərsə, Azərbaycan hökuməti bu tipli cinayətlərin qarşısında geri çəkilməməli, Azərbaycanın milli maraqlarını ciddi şəkildə qorumalı, ölkədə dini ekstremizmin yayılmasına yol verməməli, Dağlıq Qarabağ məsələsində Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyi nəzərə alınmadan Qəbələ RLS və Avroasiya İttifaqı ilə bağlı məsələlərdə öz əvvəlki prinsipial mövqeyini davam etdirməlidir. Həm Azərbaycan hökuməti, həm də xalqımız Ermənistanla müharibə vəziyyətində olduğumuzu unutmamalı, düşmən qüvvələrin vaxtilə Bakı metropolitenində törətdiyi terror aktı da daxil olmaqla həyata keçirdiyi cinayətləri yaddan çıxarmamalıdır.
Son xəbərlər
Son Xəbərlər