BDU-nun tələbəsi intihar etdi

bdu-nun-telebesi-intihar-etdi
Oxunma sayı: 8645

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib.

Onun meyiti eyvanda asılı halda aşkar edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Bakı Dövlət Universiteti Ramil Nəsirovun vəfatı ilə bağlı məlumat yayıb.

Universitetdən bildirilib ki, R.Nəsirov Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi olub: “2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi”.