Bəhlul Mustafazadə millinin heyətindən çıxarıldı

behlul-mustafazade-millinin-heyetinden-cixarildi
Oxunma sayı: 7003

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, buna müdafiəçinin zədələnməsi səbəb olub.

Xatırladaq ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə 1:3 hesabı ilə uduzub. 

Qeyd edək ki, yığmamız sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.