ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı itkilərlə bağlı rəsmi məlumat açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, bildirilir ki, fevralın 28-də başlanmış hərbi əməliyyatlardan bugünədək 13 ABŞ əsgəri həlak olub, 365 hərbçi isə yaralanıb.
“Epik Qəzəb Əməliyyatı” adı verilən hücumlarla bağlı məlumatlar Pentaqonun “Müdafiə İtkilərinin Təhlili Sistemi” çərçivəsində təqdim olunub.
3 aprel tarixinə olan göstəricilərə əsasən, həyatını itirən hərbçilərdən 6-sı quru qoşunlarında, 7-si isə hərbi hava qüvvələrində xidmət edib.
Yaralananlar arasında isə 247 nəfərin quru qoşunlarında, 63 nəfərin hərbi dəniz qüvvələrində, 19 nəfərin dəniz piyadaları korpusunda, 36 nəfərin isə hərbi hava qüvvələrində xidmət etdiyi qeyd olunur.
Son xəbərlər
Son Xəbərlər