Belqoroda yenidən hücum oldu

belqoroda-yeniden-hucum-oldu
Oxunma sayı: 1719

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Qrayvoronski rayonuna hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Onun sözlərinə görə, Ukrayna qoşunları bir neçə kəndi atəşə tutub:

“Qrayvoronski rayonunun Qlotovo və Bezımeno kəndlərinin ətrafları Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Mərmilərdən biri magistral yolda avtomobilin qarşısında partlayıb, sürücü xəsarət alıb. O, təcili tibbi yardım maşını ilə tibb müəssisəsinə aparılıb və bütün lazımi köməklik göstərilir”.