Bərdədə ağır qəzada ölənlərin sayı 5-ə çatdı - Video+Yenilənib

berdede-agir-qezada-olenlerin-sayi-5-e-catdi
Oxunma sayı: 7874

Yevlax-Ağdam-Laçın yolunun 38 km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, hadisə yolun Bərdə rayonunun Kətərparaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-EA-774 dövlət nömrə nişanlı "Niva" markalı maşınla 34-BG-302 dövlət nömrə nişanlı "Mercedes" toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. 

Araşdırma aparılır.

***

Yaralılardan daha biri həyatını itirib. Daha bir yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.

***

Hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb. Bir nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir. Həlak olanlardan birinin Daxili Qoşunların hərbçisi olduğu bildirilir.