Berluskoni vəfat etdi

berluskoni-vefat-etdi
Oxunma sayı: 7891

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni 87 yaşında dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Corriere della Sera” nəşri yayıb.

O, Milanda “San-Raffaele” klinikasında vəfat edib. 

Qeyd edək ki, italiyalı siyasətçi aprelin 5-i xəstəxanaya yerləşdirilmiş və orada pnevmoniyadan müalicə almışdı. O, mayın 19-u evə buraxılmışdı.

Xatırladaq ki, Berluskoni 1994-1995, 2001-2006 və 2008-2011-ci illərdə İtaliyanın Baş naziri olub.

Həmçinin oxuyun: В Баку судья совершил акт вандализма - Фото+Видео