“Beşiktaş” yenə xal itirdi

besiktas-yene-xal-itirdi
Oxunma sayı: 695

Türkiyə Super Liqasında 30-cu tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Göztəpə” evdə “Qaziantep”lə, “Kasımpaşa” isə “Beşiktaş”la qarşılaşıb. Hər iki qarşılaşma eyni hesabla (1:1) bitib.

Hazırda 71 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 68, “Samsunspor” 51, “Beşiktaş” 48, “Eyüpspor” 47, “Başakşəhər” 42, “Göztəpə”, “Qaziantep” və “Antalyaspor” 39, “Trabzonspor” 36 xal toplayıb.

Türkiyə Super Liqası
30-cu tur

7 aprel

“Göztəpə” – “Qaziantep” 1:1
Qollar: K.Kanatsızkuş, 90+4 – H.Dərvişoğlu, 48.

“Kasımpaşa” – “Beşiktaş” 1:1
Qollar: Ben Uanes, 14 – J.Fernandes, 89-pen.