Bəstəkar Adil Bəbirov Kanadada dünyasını dəyişdi

bestekar-adil-bebirov-kanadada-dunyasini-deyisdi
Oxunma sayı: 3494

Əməkdar incəsənət xadimi, bəstəkar Adil Bəbirov 87 yaşında Kanadada dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, Adil Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olub. “Bilirsən özün”, “Oyan”, “Taleyim olar”, “Görüşə gəl”, “Çiçək açar ömrümüz”, “Ana laylası”, “İncitmə məni”, “El üçün”, “Özünlə apar”, “Ceyran baxışlı yar”, “Bənövşə”, “Salam olsun”, “Ey vətən”, “Yurd yeri” və s. mahnıların müəllifidir.