Beyləqanda güclü yanğın - Meşə massivinə yayıldı+Fotolar+Yenilənib

beyleqanda-guclu-yangin
Oxunma sayı: 647

Beyləqanda genişmiqyaslı yanğın başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, küləkli hava şəraitində kolluq ərazidə başlayan yanğın rayonun Eyvazalılar Tatarlar kənd ərazisndə yerləşən meşə massivinə keçib.

Hadisə yerinə FHN-nin Beyləqan rayon yanğınsöndürən əməkdaşlarının bölüyünün avtomobilləri tam heyətlə hadisə yerinə cəlb edilib.

Məlumata görə, yanğının genişmiqyaslı olması səbəbindən ətraf rayonların yanğınsöndürən bölməsinin də cəlb olunması planlaşdırılır.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.

***

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, yanğın baş verən əraziyə polis əmədaşları cəlb olunmaqla xidmət aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin  Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Ziya Əmirxanlı