Beyləqanda yataqxanada yanğın - Video - Fotolar - Yenilənib

beyleqanda-yataqxanada-yangin
Oxunma sayı: 747

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

***

Yanğın 15 ailənin yaşadığı ikimərtəbəli yaşayış binasında baş verib.

Hadisə nəticəsində binanın dam örtüyü yanaraq yararsız vəziyyətə düşüb.

Ziya Əmirxanlı