“Bəzi qonşu dövlətlərin təxribatlarının qarşısı qətiyyətlə alınır” - Əli Nağıyev

bezi-qonsu-dovletlerin-texribatlarinin-qarsisi-qetiyyetle-alinir
Oxunma sayı: 3917

"Bəzi dövlətlərin xüsusi xidmət orqanlarının təxribatlarının qarşısı qətiyyətlə alınır".

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə söyləyib.

Çıxışında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkovnik Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd edib ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.