Bəzi yerlərə yağış yağır - Faktiki hava

bezi-yerlere-yagis-yagir
Oxunma sayı: 1473

Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, aprelin 5-i saat 17:00-a olan məlumatına əsasən, Naxçıvan, Culfa, Ordubad və Astarada arabir yağış yağır. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Şahdağda 20, Kəlbəcərdə isə 16 m/s-yə çatır.

Göygöl, Qax və Lerikdə duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 19, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.