BHBTDL-nin baş direktoru Rəşad Daşdəmirov ADY-nin sədri ilə görüşüb

bhbtdl-nin-bas-direktoru-resad-dasdemirov-ady-nin-sedri-ile-gorusub
Oxunma sayı: 4379

"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-də İdxal, İxrac və Tranzit Yük aşırımlarının həcmi artırılır. 

Liman Xəzəryanı, Qara Dəniz Hövzəsinin, Orta Asiya və Yaxın Şərq ölkələrinin maraq dairəsindədir.

Bu gün "Bakı Hövsan Ticarət Dəniz Limanı" ASC-nin baş direktoru Rəşad Daşdəmirov limanda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və "ADY" QSC-nin nümayəndə heyəti ilə görüş keçirib. 

Görüş zamanı limanda yük dövriyyəsinin həcminin artırılması müzakirə olunub. Limanın baş direktoru qonaqları liman ərazisinin infrastrukturu, gəmilərdən yük aşırımı vaxtı texnikaların iş rejimi, Karbamid yükünün vaqonlara yüklənilməsi Qurğusu, Konteyner yüklərinin saxlanılması üçün yeni inşa olunan körpü və digər görülən işlərlə tanış edib.

Gələcəkdə hər iki qrum arasında qarşılıqlı əməkdaşlığın inkişaf etməsi və limanın yük həcminin artırılması üçün müvafiq işlərin icra edilməsi planlaşdırıldı.