“İctimai Palatanın mitinqində AXCP rəhbərliyi istirak etməyəcək”

ictimai-palatanin-mitinqinde-axcp-rehberliyi-istirak-etmeyecek
Oxunma sayı: 767

BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının “Qafqazinfo”ya verdiyi acıqlamasında bildirir ki, bu mitinqdən ciddi bir nəticə gözləmir: “Burada qeyri-ad bir şey yoxdur. Adi bir mitinq olacaq. Hər bir təşkilatın sərbəst toplaşmaq azadlığı var və bu konstitutsion hüquqdur. Onlarda bu hüquqdan istifadə edirlər. İcazəli mitinqin keçirilməsini təqdirəlayiq hesab edirəm. Hakimiyyət bunların mitinq keçirtmək arzusunu reallaşdırmaqla, bunların əlindən arqumetlərini almış oldu. Bundan sonra radikallar daha deyə bilməyəcək ki, ölkədə sərbət toplaşmaq azadlığı yoxdur. Radikal müxalfət indiyəcən icəzəli, icəzəsiz onlarla mitnq keçirdiblər və nə dəyişib? Bütün hallarda xalqdan kütləvi dəstək qazana bilməyiblər. Xalqdan ciddi dəstək qazanmamalarının əsas səbəbi də bunların apardığı siyasətlə bağlıdır. Bu siyasətə xalq dəstək vermir. Bu qüvvələr 20 ildir ki, bir-birinə qarşı mübarizə aparır. Bunu dünən AXCP Rəyasət Heyətinin və İctimai Palatanın rəhbərlərindən biri və uzun illərdi siyasətlə məşqul olan Xalid Bahadır mətbuata acıqlamasında da deyib. O rəhbər kimi özünün mitinqdə iştirak etməyəcəyini bildirib. AXC hakimiyyətinin yıxılmasında rol oynamış şəxslərin İP-in Koordinasiya Şurasında təmil olunduqlarını bildirir. Xaqlid bəy acıqlığı ilə bildirib ki, İsa Qəmbərlə Əli Kərimli arasında 20 ildir ciddi çarpışma, qarşıdurma var , bunlar heç vaxt bir araya gələ blməyəcəklər. Prezident seçkilərində İP-in iki namizədi olacaq. Belə bir qüvvələrlə hansı uğurdan söhbət gedə bilər? AXCP-nin rəhbərliynə daxil olan adam mitinqdə iştirak etmirsə, bu mitinqdən ciddi uğur gözləmək olarmı?”.

BAXCP sədrinin müavinin fikirincə, bu mitinqin keçirlməsi may ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan "Eurovision-2012" mahnı müsabiqəsinə kölkə salmaqdır:”Azərbaycan keçən il qalıb gələn kimi BAXCP idarə heyəti qərar qəbul etdi ki, bir il ölkədə kütləvi tədbir keçirilməsin. Bilirsiniz ki, bu mahnın Azərbaycanda keçirlməsinə istəməyən təşkilatlar, dövlətlər var. Onlar bütün cəhdlə çalışırlar ki, bu tədbir Azərbaycanda baş tutmasın. İlk əvvəl QHT sektorunda calışan və bir neçə QHT rəhəbri kompaniya apardılar ki, “Azad olmayan ölkədə, azad musiqi festivalı keçirilir”. Bu kompaniyani aparanlar xüsusən beynəlxalq təşkilatlardan qrant alanlardır və mən bunu təsadüfü saymıram. O zaman biz BAXCP olaraq bildirdi ki, əslində, biz bu imkandan istifadə edib, “ Torpaqları işgal altında olan və bir milyon qacqını olan dövlətdə azad musiqi festivalı keçirlir” kompaniyasını aparmalıyıq. Hətta bu adda mən fecabook.com sosial şəbəkəsində qrup yaratmışdım. Eurovision bir musiqi festifalıdır. Bu siyasi tədbir deyil. Bu tədbirdə beynəlxalq təşklatların rəhdərləri, dünyanın siyasi düzənini müəyyən edən adamlar yığışmır. Burada iştirak edənlər musiqiçilərdir və bunlar üçün siyasət maraqlı deyil. Belə olan halda bu “səs-küyə” nə ehtiyac var. Hakimiyyətdə oturanlar da yaxşı bilir ki, radikal müxalifətlə bütün imkaları ilə düşmənçilik siyasəti aparır və bu siyasət heç vaxt dəyişməyəcək. Radikal müxalifətin bu cür mövqey tutmasını isə Azərbaycanın milli maraqlarını sevməyən xarici qüvvələrdir. Bu yaxınlarda vaxti ilə radikal siyasət aparan şəxs acıq formada bildirdi ki, xarıcı qüvvələr hakimiyyətə təziq etmək üçün radikal müxalifət düşərkəsindən istifadə edir. BAXCP isə bunu 10 ildir deyir.”