Biləsuvar rayonunda qətl hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Soltanlı Milan Loğman oğlu bıçaqlanıb.
O, aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Hadisədə onun xalası oğlu Mehdiyev İlkin Anar oğlu şübhəlidir.
***
Əldə etdiyimiz məlumata görə, əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Surxay Şahbazov


Son xəbərlər
Son Xəbərlər