Biləsuvarda 26 yaşlı şəxs öldürüldü - Xalası oğlu şübhəlidir+Yenilənib

bilesuvarda-26-yasli-sexs-olduruldu
Oxunma sayı: 860

Biləsuvar rayonunda qətl hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.  

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Soltanlı Milan Loğman oğlu bıçaqlanıb.

O, aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisədə onun xalası oğlu Mehdiyev İlkin Anar oğlu şübhəlidir.

***

Əldə etdiyimiz məlumata görə, əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Surxay Şahbazov