Biləsuvarda 37 yaşlı kişi qətlə yetirildi

bilesuvarda-37-yasli-kisi-qetle-yetirildi
Oxunma sayı: 3209

Aprelin 23-də saat 01 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-ci il təvəllüdlü Vüsal İlham oğlu İlhamlının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Rüfət Kərim oğlu Əlizadə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə saxlanılıb.

Araşdırma aparılır.