Biləsuvarda daha bir şəhid dəfn olundu - Fotolar

bilesuvarda-daha-bir-sehid-defn-olundu
Oxunma sayı: 2655

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən  qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun əsgəri  Zöhrab Kərimov dəfn edilib. 

"Qafqazinfo" xəbər verir ki, şəhid Z.Kərimov böyüyüb boya-başa çatdığı Biləsuvar şəhərində  torpağa tapşırılıb. 

Qeyd edək ki, Zöhrab Azad oğlu Kərimov 2003-cü ildə Biləsuvar rayonunda anadan olub, həqiqi hərbi xidmətinin 6 ayını baş vurmuşdu. Ailənin yeganə oğul övladı olub. 

Allah rəhmət eləsin!