Bill Qeyts Melindaya milyardlarla dollar təzminat ödədi

bill-qeyts-melindaya-milyardlarla-dollar-tezminat-odedi
Oxunma sayı: 4066

“Microsoft”un sahibi Bill Qeytsin arvadı Melindadan boşanandan bəri ödədiyi təzminatın məbləği bilinib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin məlumatına görə, B.Qeytsə məxsus “Cascade Investment” şirkətindən boşanma müddətindən indiyədək Melindanın “Deere & Co” şirkətinə üç milyard dollar köçürülüb.

Bunun bir miqdarı 851 milyon dollar dəyərində olan 2,25 milyon səhmdir. Qiymətli kağızlar, müxtəlif kapitallar və aksiyalar da üç milyardlıq məbləğə daxildir.

Bildirilib ki, cütlük ABŞ-ın ən böyük torpaq mülkiyyətçisi idi.

Xatırladaq ki, Melindanın “Deere & Co” şirkəti kənd təsərrüfatı texnikalarının istehsalı üzrə ixtisaslaşıb.