Binəqədidə “Könüllülük Həftəsi” ilə bağlı tədbir - Foto

bineqedide-konulluluk-heftesi-ile-bagli-tedbir
Oxunma sayı: 1456

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 9 dekabrda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondu tərəfindən həyata keçirilən 1-9 dekabr “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində yekun tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, “ASAN” xidmətin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli, Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəsi Namiq Tarverdiyev, Binəqədi Gənclər evinin direktoru Ələkbər Mustafayev, Binəqədi rayonunda könüllülük işinə cəlb edilmiş gənclər və s iştirak edib.

Tədbirdən öncə könüllülər tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub. Tədbir Binəqədi rayonunda 5 il müddətində könüllülərlə bağlı görülmüş işlərdən ibarət videoçarxın təqdim edilməsi ilə başlayıb.

İlk olaraq Binəqədi rayonunda 5 illik könüllülük fəaliyyəti ilə bağlı məlumat vermək üçün söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün xanım Əliyevaya verilib. A.Əliyeva “Azərbaycanda könülü işinin tarixi və Binəqədi könüllüləri” adlı geniş məruzə ilə çıxış edib.  

Çıxış edən “ASAN” xidmətin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli ölkədə könüllülük sahəsində real inkişafın Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanıldığını bildirib.

Daha sonra Binəqədi Rayonunda könüllülük fəaliyyəti işinin təşkilində göstərdiyi xidmətə görə bir qrup şəxslərə və “Sən də Könül Ver” layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində Könüllülük işini uğurla başa vurmuş gənclərə Rayon İcra Hakimiyyətinin sertifikatları təqdim edilib.

Sonda Könüllülərin iştirakı ilə bədii hissə təşkil edilib.