“Bir adamın kəndinin olmaması yarımçıqlıqdır...”- - Millət vəkili

bir-adamin-kendinin-olmamasi-yarimciqliqdir-
Oxunma sayı: 2086


“Qafqazinfo” xəbər verir ki, əslən  Füzuli rayonunun Merdinli kəndindən olan millət vəkili həsrətini və xatirələrini sosial şəbəkədə belə ifadə edib:

“Yay aylarında dostlarımdan kimsə "kənddəyəm" deyəndə içimdə nəsə qırılır... Bir adamın kəndinin olmaması, məncə, faciədir, yarımçıqlıqdır... Bu bizim işğal edilmiş kəndimizdəki evimizin uçuq divarlarıdır. Hər gün xəritədə neçə dəfələrlə o yolları eynən uşaqlıqdakı kimi salanaraq aşağı-yuxarı gedirəm. Eynən uşaqlıqdakı kimi...”