“Bir az səbr və zamana ehtiyacımız var” - Mehmet Şimşek

bir-az-sebr-ve-zamana-ehtiyacimiz-var
Oxunma sayı: 2657

“Bu yolda hər kəsin dəstəyi ilə hədəflərimizə çatacağıq. Bir az səbr və zamana ehtiyacımız var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşek sosial media hesabında bildirib.

O, ölkədə iqtisadi vəziyyətin düzəlməsi üçün səbr və zamana ehtiyac olduğunu vurğulayıb.

"Daha firavan və möhkəm Türkiyə yaratmaq üçün prinsiplərimiz şəffaflıq, ardıcıllıq, hesabatlılıq  olacaq. Biz daxili və xarici çağırışlarla mübarizə apararkən proqnozlaşdırıla bilənliyimizi artırmaq üçün qaydalara əsaslanan siyasətin qurulmasına sadiqliyimizi təmin edirik", - deyə Şimşek qeyd edib.