Ötən həftə Ağdamın Quzanlı qəsəbəsində evdə baş verən yanğın zamanı xəsarət alan 60 yaşlı qadın ölüb.
“Qafqazinfo” xəbər verir ki, Zibeydə Qənimət qızı İsmayılova ikinci dərəcəli yanıq xəsarətləri ilə yerləşdirildiyi Respublika Yanıq Mərkəzində vəfat edib.
Qeyd edək ki, hadisə oktyabrın 2-si rayon sakini Əhəd Natiq oğlu İsmayılova məxsus 3 otaqlı evdə baş verib. Yanğın zamanı 1965-ci il təvəllüdlü Z. İsmayılova ikinci dərəcəli, onun 2013-cü il təvəllüdlü nəvəsi Nəzrin Əhəd qızı İsmayılova isə birinci dərəcəli yanıq xəsarətləri alıb.
Hazırda N.İsmayılovanın müalicəsi ev şəraitində davam etdirilir.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər