Bir reklamdan 32 milyon qazanacaq

bir-reklamdan-32-milyon-qazanacaq
Oxunma sayı: 5183

Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya bu dəfə qazancı ilə diqqət çəkib.

“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, tanınmış aktrisa uzun illərdir siması olduğu “Jean” markası ilə 11-ci dəfə əməkdaşlıq müqaviləsi imzalayıb.

Məlumata görə, yeni kolleksiya üçün kamera qarşısına keçən Sarıkayanın bu dəfə 32 milyon TL (1 milyon 300 min AZN) qonorar alacağı iddia olunur.

2024-cü ildə eyni brendlə müqavilə qarşılığında 25 milyon TL qazanan Sarıkayanın gəlirlərini, əsasən, daşınmaz əmlaka yatırdığı bildirilir.