Rusiya XİN Niderland səfirini çağırıb

rusiya-xin-niderland-sefirini-cagirib
Oxunma sayı: 519

Rusiya Xarici İşlər Nazirliyi Niderlandın səfiri Joanneke Balfoortu çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin saytında müvafiq məlumat dərc olunub.

Niderland diplomatik missiyasının rəhbərinə sərt etiraz edilib. Buna səbəb kimi Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasından irəli gələn beynəlxalq öhdəlikləri Haaqanın pozması göstərilib.

“Fevralın 24-də Rusiyanın Haaqadakı səfirliyi qarşısında Niderland hakimiyyətinin razılığı və Krallığın hüquq-mühafizə orqanlarının tam hərəkətsizliyi ilə diplomatik nümayəndəliyin işini faktiki olaraq əngəlləyən anti-Rusiya etiraz aksiyası keçirilib”, - Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.