Kaş elə oyuncaq olaydı... - Fotolar

kas-ele-oyuncaq-olaydi
Oxunma sayı: 2001

Suriyanın şərqində boş əraziyə düşmüş və partlamamış İran raketi yerli sakinlərin marağına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən görüntüləri “Associated Press” yayıb.

Fotolarda raketin qalıqlarının xüsusən azyaşlı sakinlərin diqqətini cəlb etdiyi görünür. Dünyanın ən qaynar nöqtələrindən biri olan Suriyada uşaqların silahları oyuncaq zənn etməsi təsirli görüntülər ortaya çıxarıb. 

Kaş silahlar heç olmaya, yaxud təkcə oyun üçün nəzərdə tutulaydı...