İran İsrailin Baş naziri Benyamin Netanyahunun ofisini atəşə tutub.
“Qafqazinfo” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu haqda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müşaviri Həmidreza Moghaddamfar məlumat yayıb.
“Son bir neçə gündə İran İsrail ordusunun Baş Qərargahının binasına üç dəfə zərbə endirib. Biz də Netanyahunun ofislərindən birini hədəfə aldıq”, - o deyib.
Hərbi komandirin sözlərinə görə, zərbələr nəticəsində İsrail baş nazirinin ofisinin bir neçə yüksək rütbəli əməkdaşı həlak olub.
Son xəbərlər
Son Xəbərlər