Qətər ABŞ səfirliyi ətrafında yaşayan sakinləri təhlükəsizlik məqsədilə təxliyə edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ səfirliyinin yaxınlığında yaşayan sakinləri ictimai təhlükəsizlik səbəbindən təxliyə etməyə başlayıblar.
Müvəqqəti tədbir olaraq sakinlər təhlükəsiz ərazilərə köçürülür və onlar alternativ yaşayış yerləri ilə təmin olunur.
Dohadakı ABŞ səfirliyi də sosial media vasitəsilə xəbərdarlıq edərək, sakinlərə səfirliyin yaxınlığından uzaq durmağı tövsiyə edib:
“Xahiş edirik, ehtiyat tədbiri olaraq ABŞ səfirliyinin yaxınlığından uzaq durun”.
Son xəbərlər
Son Xəbərlər