Depressiya ilə mübarizə aparmağın sadə və pulsuz - Yolu

depressiya-ile-mubarize-aparmagin-sade-ve-pulsuz
Oxunma sayı: 428

Depressiya ilə mübarizə aparmağa kömək edən sadə və tamamilə pulsuz bir üsul məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə psixiatr Daniel Aman məlumat verib.

Onun sözlərinə görə, həftədə dörd dəfə 45 dəqiqə sürətli gəzinti antidepressant qəbul etməklə müqayisə edilə bilər.

Psixiatr həmçinin pəhrizə omeqa-3 yağ turşularını daxil etməyi və mənfi düşüncələri aradan qaldırmağı tövsiyə edib.

O bu metodların effektivliyini dəstəkləmək üçün Harvard Tibb Məktəbinin tədqiqatlarına istinad edib.

Vurğulayıb ki, bu tədqiqatlar idmanın endorfin istehsalını artıra, iltihabı azalda və beyin fəaliyyətini yaxşılaşdıra biləcəyini göstərib.

Həkim hətta gündə yarım saat gəzməyin əhval-ruhiyyənin yaxşılaşmasına müsbət təsir etdiyini də bildirib.