Birbaşa gömrük təmsilçiliyi ilə bağlı - Yeni qaydalar

birbasa-gomruk-temsilciliyi-ile-bagli
Oxunma sayı: 511

Birbaşa gömrük təmsilçiliyi qaydaları müəyyənləşir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, gömrük orqanları ilə münasibətlərdə birbaşa gömrük təmsilçiliyi təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında fiziki şəxslər tərəfindən həyata keçiriləcək.

Etibarnamə hüquqi şəxs birbaşa təmsil edildikdə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası və həmin hüquqi şəxsin möhürü ilə, fiziki şəxs birbaşa təmsil edildikdə isə notariat qaydasında təsdiq ediləcək.

Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı birbaşa gömrük təmsilçisi malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyacaq.

Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyannaməsi və digər gömrük sənədləri gömrük təmsilçiliyini birbaşa həyata keçirən şəxs tərəfindən təmsil edilən şəxsin adından gömrük orqanına elektron formada təqdim olunacaq.

Nuranə Daxilqızı