Kuba Prezidenti Migel Dias-Kanel mətbuat konfransı zamanı ölkəsinin hərbi doktrinası və ABŞ ilə münasibətləri barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, Kuba lideri rəsmi Havananın ABŞ üçün hər hansı təhlükə yaratmadığını qətiyyətlə bəyan edib.
Dias-Kanel vurğulayıb ki, Kubanın hərbi strategiyası sırf müdafiə xarakterlidir və “bütün xalqın müharibəsi” konsepsiyasına əsaslanır:
“Hərbi doktrinamız başqa ölkəyə qarşı hər hansı təcavüzü nəzərdə tutmur. Biz sülh tərəfdarıyıq və ABŞ-nin milli təhlükəsizliyini hədəf almırıq”.
Dövlət başçısı həmçinin adada xarici hərbi bazaların mövcudluğu məsələsinə də toxunub:
“Kubada yalnız bir qeyri-qanuni hərbi baza var ki, o da Quantanamo körfəzində yerləşən ABŞ-yə məxsus bazadır. Kuba digər ölkələrlə hərbi əməkdaşlıq etsə də, öz ərazisini heç bir xarici hərbi kontingentə ayırmayıb”.
Son xəbərlər
Son Xəbərlər