Biz bunu filmdə görmüşdük...

biz-bunu-filmde-gormusduk
Oxunma sayı: 8550

Dejəvünün fransızcadan tərcüməsi “artıq görülmüş” deməkdir. İnsan həyatı boyu bunu bir neçə dəfə yaşayır. Beynin illuziyasıdır. 

Bu gün Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində əsir mübadiləsinin həyata keçirilməsi də dejəvü idi. Biz bunun filmini görmüşdük, “Fəryad”ın son səhnəsində...

Dəyişdirilən hərbi əsirlərin də sayı aşağı-yuxarı eyni idi, Azərbaycanın humanizmi də... Bizə 30 ilə yaxın iztirab yaşadan, baş rolu canlandıran Ceyhun Mirzəyevi həyatdan qoparan o filmdə tək İsmayılın qarşılığında on erməni hərbçisi təhvil vermişdik, bu dəfə ikiyə otuz iki...

Son baş verənlər, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, ərazi bütövlüyümüzün bərpası, davamında Xocalı, Xankəndiyə bayrağımızın sancılması da elə film kimidir. Zaman göstərdi ki, əslində İsmayılın dəyişdirilməsi son səhnə deyilmiş, davamı var...

Davamı isə jaməvüdür. Bu, yaşadığın hadisələri heç vaxt yaşamamaqdır. Zəfər kimi...

Emin Səfərov