“Bizi ölüm belə ayırmadı” - Video

bizi-olum-bele-ayirmadi
Oxunma sayı: 7109

“Söhbət var” verilişində təsirli anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb verilişin aparıcısı Əməkdar artist Dilarə Əliyevanın Xalq artisti Mehriban Zəki haqda dediyi monoloq olub.

Bu sözlərdən hər iki aktrisa kövrəlib: “Onunla yoldaş, yol yoldaşı qan yoldaşı, eyni yeri, göyü, fəzanı, hətta eyni qəzanı paylaşmaq belə alın yazısıdır. Biz yolumuzu düz getdik, nə sağlar, nə sollar ayırmadı. Bizi döngələr ayırmadı, hətta ölüm belə ayırmadı. Əl-ələ verib gedəcəyimiz çox yol var”.

M. Zəki isə D. Əliyevaya belə cavab verib: “Verilişinin bu məqamı şillə vuran olur. Şilləni elə vurdun ki... Dilarə, çox sağ ol. Sənin yerin mənim həyatımda, ürəyimdə tamam başqadır”.

Xatırladaq ki, ötən il D. Əliyevanın həyat yoldaşı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin həlak olduğu avtomobil qəzası zamanı maşında Mehriban Zəki də var idi.