“Bizim Market”ə yeni direktor təyin olundu

bizim-markete-yeni-direktor-teyin-olundu
Oxunma sayı: 7547

Tanınmış supermarket şəbəkəsi "Bizim Market"ə yeni direktor təyinatı olub. 

"Qafqazinfo"nun verdiyi məlumata görə bu vəzifəyə Ramin Şirinov təyin edilib. R.Şirinov bundan əvvəl "Bizim Market" şəbəkəsinin qeyri-qida qolu olan "Novas Home"un icraçı direktoru vəzifəsini icra edib. 

Qeyd edək ki, R.Şirinov bu vaxta qədər ölkənin bir çox şirkətlərində aparıcı vəzifələrdə çalışıb.