Blinkenin postuna onun namizədliyi təsdiqləndi

blinkenin-postuna-onun-namizedliyi-tesdiqlendi
Oxunma sayı: 3220

ABŞ Senatı Marko Rubionun dövlət katibi postuna namizədliyini təsdiq edib.

“Qafqazinfo” “CNN” telekanalına istinadən xəbər verir ki, 99 senator Rubionun namizədliyinin lehinə səs verib.

Əleyhinə çıxış edən olmayıb. 

O bu vəzifədə Entoni Blinkeni əvəz edib. 

Qeyd edək ki, 54 yaşlı Marko Rubio Mayamidə Kuba mühacirlərinin ailəsində dünyaya gəlib.

O, 2000-ci ildə Florida ştatının Nümayəndələr palatasının üzvü, 2005-ci ildə isə palatanın spikeri olub. 2008-ci ildə ştatın Nümayəndələr palatasını tərk edən siyasətçi bir müddət müəllim fəaliyyəti ilə məşğul olub. Rubio 2011-ci ildə isə ABŞ senatına seçilib.