MDHP-nin tədbiri Türkiyədə əks-səda yaratdı

mdhp-nin-tedbiri-turkiyede-eks-seda-yaratdi
Oxunma sayı: 751

Iğdır’ın Tuzluca İlçesi Üçkaya Köyü nüfusuna kayıtlı Murat Atış isimli genç, Azerbaycan’da kurulu olan Milli Dirçeliş Harakatı Partisi’nin düzenlemiş olduğu “En Yaxşı Yazı” yarışmasında ‘Bir Millet İki Devlet’ prensibi ile “Türkiye ve Azerbaycan Arasında Daha Derin İntegrasiye Modelleri” başlık ve konulu yazısı ile 2. olma başarısı gösterdi.

Yarışmada; Eşref Amirov birinci, Murat Atış ve Mehman Hesenov ikinci ve Aysel İsazade, Samir Nebiyev ile Şehla Feyruzova ise üçüncü oldu.

Konuyla ilgili yapılan açıklamada, “Murat Atış yazısında Türk ve Azerbaycan ortaklığının geliştirilmesi konusunda fikirlerini belirtti. Konuyu tarihsel ve siyasal gerçekçilik anlamında başarılı bir şekilde ele aldı. Tüm dünya Türklüğü’nün bir arada olmasının faydalarını tarihten örnekler eşliğinde anlatan Atış, Büyük Türk Hayali olan Turan’nın 21.yy ifadesini özetlemeye çalıştı ve Hitler, Musollini gibi kanlı hayaller peşinde koşmanın tarihi şan ile dolu Türk milletine asla yakışmayacağını belirtti. Aynı Avrupa Birliği veya Arap Birliğinde olduğu gibi ekonomi, eğitim, kültür, sanat, savunma, ortak tutum konularında Türk milletine yakışır bir “Modern Turan” anlayışını savundu. Tek devlet şeklinde yeni bir yapılanmaya gitmektense “çok devletli fakat tek milletli” bir birlik kurmanın Türk toplulukları ve Dünya barışı için daha pozitif bir karar olacağını söyledi.” denildi.

Muğla Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Kamu Yönetimi 4. sınıf öğrencisi olan Murat Atış, aynı zamanda Iğdır’da kurulan Asılsız Ermeni İddiaları İle Mücadele Derneği’nin Muğla il temsilcisi görevini yürütüyor.
(ACA-BA-S) IĞDIR (KHA) -ABBAS CAN ARAS

http://www.kha.com.tr/guncel/10202-%E2%80%9CEn-Yaxsi-Yazi%E2%80%9D-ikincilik-getirdi.html

Tədbiri giriş sözü ilə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyev açdı: “Bütün tədbir iştirakçılarını öz adımdan, Milli Dirçəliş Hərəkatı Partiyası adından Milli Dirçəliş Günü, eyni zamanda müstəqilliyimizin 20 illiyi münasibətilə təbrik edirəm.

Aydın məsələdir ki, əlamətdar gün münasibətilə respublikamızda müxtəlif tədbirlər keçirilir. Mən hesab elədim ki, bizim gənclərimizi bu tədbirlərə qatmaq və onları bir az da potensiallaşdırmaq üçün 20 illiklə bağlı bir müsabiqə keçirək, həm də bunu rəmzi olaraq Milli Dirçəliş Günü ərəfəsində yekunlaşdıraq. Çünki, milli dirçəliş olmadan müstəqillik olmaz. Hər bir millətin milli dirçəlişdən keçən yolu və mübarizəsi, öz milli kimliyinə qayıtması mübarizəsinin tam mənada halal bir nəticəsi olaraq təsbit olunur. Partiyamızın qərarı ilə bu ilin may ayının 7-dən Azərbaycan və Türkiyə universitetlərində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr arasında “Türkiyə-Azərbaycan münasibətlərinə dair ən yaxşı yazı” müsabiqəsi keçirildi. Biz uzun müddət ərzində bu müsabiqənin nəticələrini gözlədik.

Təqdim olunanların içərisində çox maraqlı yazılarla, məsələlərə maraqlı münasibətlərlə rastlaşdıq. Bizim mövzularımız əsas etibarilə Türkiyə-Azərbaycan münasibətlərini özündə ehtiva edirdi.
Mən hesab edirəm ki, yanaşmalar uğurlu oldu. Hətta qaliblərimizin birisi də Türkiyədə təhsil alıb orada yaşayan türkiyəli tələbələrdəndir. Biz təbii ki, indi onları təqdim edəcəyik amma mən daha çox məsələnin məğzinə toxunmaq istəyirəm. Yəqin, siz də razılaşarsınız ki, bu gün Türk dünyasının problemləri var və bu problemlərlə mübarizədə münasibəti ümumiləşdirməyin zamanı çoxdan çatıb. Biz artıq ümumi qaydaları tətbiq eləməyə başlamalıyıq. Çünki bizi Türkiyə ilə münasibətlərdə qardaş ölkə, vahid istəkləri olan ölkə, bir millət iki dövlət adlandırırlar amma eyni zamanda düşmənlərimiz və düşmənlərimizin bizə qarşı olan münasibətləri də birləşdirir. Əleyhimizə olan basqılarda, layihələrdə düşmənlərimiz bizi heç də biri-birimizdən ayırmırlar. Qərbi Azərbaycan ərazisində bir Ermənistan qurublar, hal-hazırda da Qarabağ ərazisində torpaq iddiaları var. Yəni nə qədər ayrı-ayrılıqda davranmağa çalışsaq belə birgə davranışlar nümayiş etdirməyə məhkumuq. Çünki düşmənlərimiz bütün layihələrində bizi hədəf olaraq bir görürlər.

Mən dünən parlamentdəki çıxışımda da belə bir təklif elədim ki, xüsusi bir parlament iclası çağırılsın və orada PKK terror təşkilatına qarşı birgə mübarizədə Azərbaycanın səylərinin ortaya qoyulması ehtiva olunsun. “Asayişi Bərpa Qüvvələri” adı altında Azərbaycan-Türkiyə birlikdə bir silahlı qüvvələr formalaşdırsın. Bu qüvvələr bu gün Türkiyədə terrora qarşı, daha sonra isə Qarabağda ermənilərə qarşı mübarizə aparsın. Gələcəkdə daha da inkişaf edərək Türk dünyasının digər dövlətlərini də özündə təmsil eləsin.

Azərbaycan və Türkiyənin bu sahədə təcrübələri var. Bilirsiniz ki, Əfqanıstanda, Şərqi Avropada, bəzi ölkələrdə sülhməramlı missiyanı Azərbaycan Silahlı Qüvvələri və Türkiyədən gələn kollektiv həyata keçirir. Belə olan halda niyə birlikdə tədbirlər görülməsin? Bizim iqtisadi sahədə, mədəni sahədə olan əməkdaşlıqlarımız artıq milli, müdafiə, təhlükəsizlik, konkret olaraq hərb sahəsində də mütləq olmalıdır. Bu, təkcə mənim fikrim deyil, cəmiyyətin içərisindən gələn istəklər də bunu göstərir. Azərbaycan prezidenti Qazaxıstanda Türkdilli Dövlətlərin Zirvə Toplantısında bunu xüsusi olaraq vurğuladı ki, biz artıq əməli tədbirlər görməliyik.

Dövlət qurmaq çətin məsələdir. Hər bir dövlətin yaşaması üçün mütləq və mütləq milli dəyərlərə əsaslanan prinsipləri, prioritetləri tətbiq etmək və qorumaq lazımdır. Təbii, ki, mən Türk dövlətlərini nəzərdə tuturam. Regionda baş verən ağır proseslər bizim nəinki Türkiyədə, bütün Türk dövlətlərində ciddi şəkildə toparlanmağımızın gərəkliliyinə dəlalət edir. Mütləq bu birlik haqqında düşünməliyik. Hər bir vətəndaşın, hər bir təşkilatın, hər bir Qeyri Hökumət Təşkilatının mütləq bu istiqamətdə fəaliyyətləri olmalıdır. Hesab edirəm ki, bu gün biz təkcə bir müsabiqədə türkiyəli-azərbaycanlı tələbələr arasında fərq qoymuruqsa, Türk dünyasının ayaqda durması yolunda mübarizə metodlarını birlikdə axtarırıqsa, münsiflər heyətində də Türkiyə və Azərbaycandan olan alimlərimiz, müəllimlərimiz iştirak ediblərsə, arzu edirəm ki, bundan sonrakı davranışlarımızda da birgə fəaliyyət göstərək. Əhalidən, gənclərdən, yerlərdən gələn istəkləri bir ortaq fikir məcmuusuna çevirərək o istiqamətdə işlər görək. Bu, həm də gənclərin fikirlərini, düşüncələrini almaq, onları gələcəkdə ortaq fikir məcmuusundan siyasi fikir məcmuusuna gətirməklə millətimizin ortaq davranışını müəyyənləşdirməkdir. Hesab edirəm ki, bu, çox ciddi məsələdir.

Müsabiqəyə yazı təqdim edən müəlliflərin bir qismi burada iştirak edir, mən onların hamısına əməklərinə görə təşəkkür edirəm”.