Mədət Quliyev 10 nəfəri karsa saldı

medet-quliyev-10-neferi-karsa-saldi-
Oxunma sayı: 740

Onlar əvvəllər ölüm hökmü alan dustaqlardır, hansı ki, sonradan ölüm hökmü Cinayət Məcəlləsindən götürüldükdə cəzaları Milli Məclisdə çıxarılan qərarla ömürlük həbslə əvəzlənib: “Onlara ölüm hökmü veriləndə qanunvericilikdə ömürlük həbs cəzası olmayıb. Yəni onların barəsində çıxarılan ömürlük həbs cəzası qanunun geriyə şamil olunması deməkdir. Bu isə ancaq humanizm məqsədi ilə ola bilər. Avropa Şurası da əvvəllər ölüm hökmü alan ömürlüklərin cəzalarının müddətli ilə-15 illə əvəzlənməsini tələb edir. Bu tələbi özündə ehtiva edən 1545 saylı qətnaməsi mövcuddur qurumun. Ermənistan, Gürcüstan, Rusiya kimi ölkələrdə bu qətnamə yerinə yetirilib. Azərbaycanda isə ötən il prezidentin əfv fərmanı ilə bir nəfərin cəzası 20 illə əvəzləndi. Hazırda təxminən 80 nəfər belə məhbus var” .