BMT 2024-cü ili uşaqlar üçün ən pis illərdən biri kimi tanıyıb

bmt-2024-cu-ili-usaqlar-ucun-en-pis-illerden-biri-kimi-taniyib
Oxunma sayı: 564

Hər altı uşaqdan biri və ya təxminən 473 milyon uşaq müharibə zonasında yaşayır.

“Qafqazinfo” xəbər verir ki, müvafiq məlumat BMT-nin Uşaq Agentliyinin (UNICEF) saytında yerləşdirilib.

“2024-cü il UNICEF-in tarixində münaqişəyə tutulan uşaqlar üçün həm təsirə məruz qalan uşaqların sayına, həm də onların həyatına təsirinə görə ən pis illərdən biri olub”, - deyə agentlik bildirib.

Əlavə olaraq bildirilir ki, 1990-cı illərlə müqayisədə bu rəqəm iki dəfə artıb. Xüsusilə, 30 il əvvəl uşaq əhalisinin təxminən 10 faizi münaqişə zonalarında idisə, indi bu rəqəm təxminən 19 faiz bəndi təşkil edir.