BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirildi

BMT-də Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı iclas keçirildi
Oxunma sayı: 10837

BMT Təhlükəsizlik Şurası Ermənistan və Azərbaycanı hərbi əməliyyatlara dərhal son qoymağa çağırıb. “Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, bu barədə sentyabr ayında Təhlükəsizlik Şurasının sədri, Nigerin BMT-dəki daimi nümayəndəsi Abdou Abarri keçirilən qapalı məsləhətləşmələrin nəticələri barədə jurnalistlərə açıqlamasında bildirib.

“BMT TŞ üzvləri münaqişə tərəflərinə qarşı Baş katibin hərbi əməliyyatları dərhal dayandırmaq, gərginliyi azaltmaq və dərhal danışıqlara qayıtmaq çağırışını dəstəkləyirlər”, - o deyib.

O, həmçinin münaqişə tərəflərinin nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsini istisna etməyib. “Əgər bu, zərurət olarsa, onların qarşılıqlı anlaşmaya gələ bilməsi üçün biz hər iki səfirlə (Ermənistan və Azərbaycan - red.) danışacağıq”, - Abarri əlavə edib.

Qeyd edək ki, BMT TŞ-nin qapalı görüşləri TŞ-nin yalnız 15 ölkəsinin iştirakını nəzərdə tutur.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi