Dünyada təxminən 2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə bu göstərici 2,7 milyard olub.
Qeyd olunub ki, hazırda dünya əhalisinin 67 faizini təmsil edən 5,4 milyard insan internetə qoşulub.